SİYASƏT
İSESCO-nun baş direktoru: Azərbaycanda uşaqlar dövlətin tam qayğısı ilə əhatə olunmuşlar
![İSESCO-nun baş direktoru: Azərbaycanda uşaqlar dövlətin tam qayğısı ilə əhatə olunmuşlar](/files/2013/3/1200x630/14071451216414438239_1200x630.jpg)
Bakı, 11 noyabr (AZƏRTAC). Azərbaycanda uşaqlar dövlətin tam qayğısı ilə əhatə olunmuşlar. Buna görə də onlar əziyyət çəkmirlər.
Uşaqlara bu cür diqqət və qayğı əlbəttə ki, çox sevindiricidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İSESCO-nun uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransında iştirak edən qurumun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri söyləmişdir.
Baş direktor Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezİdenti Mehriban Əliyevanın ölkədə uşaqların problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirmişdir.
Əbdüləziz bin Osman əl-Tüveycri bildirmişdir ki, İslam dünyasında uşaq problemlərinin həlli istiqamətində müzakirələrin aparılmasına ehtiyac vardır. Uşaqlara qayğı ilə bağlı hələ çox işlər görülməlidir. Müharibələrlə, aclıq və səfalətlə üzləşən ölkələrdə uşaqlar üçün təhsil, səhiyyə imkanları yoxdur. Buna görə də uşaqların rifahını təmin etmək, onların problemlərini həll etmək üçün çox ciddi birgə səylər göstərilməlidir. Əminəm ki, Bakıda keçirilən konfrans bu problemlərin həlli istiqamətində mühüm töhfələri ilə yadda qalacaqdır.