İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar Gəncə sakinlərinə paylanılıb
Bakı, 20 sentyabr, AZƏRTAC
Gəncə şəhərində yerləşən Xan bağında ilk yardım üzrə maarifləndirici aksiya keçirilib. Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Beynəlxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə könüllülər və şəhər sakinləri iştirak edib.
AZƏRTAC İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, İSİM tərəfindən hazırlanaraq nəşr edilən ilk yardım, ana südü ilə qidalandırma, gözlərə qulluq, yeniyetmələr arasında sui-qəsd hallarının qarşısının alınması və digər mövzular üzrə maarifləndirici materiallar sakinlərə paylanılıb.