İsmayıl bəy Nakamın həyat və yaradıcılığı haqqında monoqrafiya nəşr olunub
Bakı, 28 aprel, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Şəfiqə Abdullayevanın “İsmayıl bəy Nakam (ərəb ocağı): həyatı, yaradıcılığı, divanları, əsərləri haqqında” monoqrafiyası işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda yer alan geniş “Ön söz”ün müəllifi, qeyd və göstəricilərin tərtibçisi də Ş.Abdullayevadır. XIX əsrdə şair Nakam “Şəkuyi”, “İsmi bəy Şəkili”, “Fani”, “İsmayıl bəy Şəkili” təxəllüsləri ilə öz dövründə fəaliyyət göstərib. Monoqrafiyada şairin “Niyaznamə” qəsidəsi, divanları, əsərləri, müasirlərinə məktubları, nəzirələri, “Qazixanə dəftəri” (“Notarius dəftəri”), “Ziyayi-Qafqaziyyə” və “Həyat” qəzetindəki çıxışlarından parçalar, publisistik çıxışları, Şəki şairlərindən “Müşairə”, şair Hüzni bəy haqqında məlumatları verilib.
Yeni nəşrin elmi redaktoru dosent Nəsib Göyüşov, redaktoru dosent Zəkiyyə Əbilova, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru Xatun Cəfərli və böyük elmi işçi Mustafa Əliyevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]