İsmayıllıda 10 tondan çox çətənə kolu məhv edilib
Bakı, 4 avqust, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Xanagah kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi çəkisi 10 ton 135 kiloqram olan 5126 çətənə kolu məhv edilib.