İsmayıllıya mövsümün ilk qarı yağıb
İsmayıllı, 27 oktyabr, AZƏRTAC
İsmayıllı rayonunun şimal dağ kəndlərinə mövsümün ilk qarı yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dünən günorta saatlarından başlayaraq yağan qarın qalınlığı Zərnava, Qalacıq və Əhən kəndlərində 3-5 santimetrə çatıb. Yağan qar təbiətə xüsusi gözəllik qatıb. Ətraf aləmin, xüsusilə meşələrin qarlı mənzərəsi göz oxşayır.
Qeyd edək ki, Zərnava kəndi dəniz səviyyəsindən 1360, Qalacıq kəndi 1200, Əhən kəndi isə 1600 metr yüksəklikdə yerləşir.