CƏMİYYƏT
İspanaqdan müntəzəm şəkildə istifadə artıq çəkidən xilas olmağa kömək edir
Aparılmış tədqiqatlarda 38 qadın iştirak edib. Həmin qadınlara hər səhər tərəvəzli kokteyl verilib. İştirakçıların bir hissəsinin kokteylinə 5 qram ispanaq suyu, digərlərinin kokteylinə isə platsebo əlavə olunub. Eksperiment gizli şəkildə aparıldığından könüllülər nə içdiklərini bilməyiblər. Eksperiment iştirakçıları xüsusi pəhrizə riayət etməli və üç ay ərzində idmanla məşğul olmalı idilər. Alimlər qadınların qidalanmasını da məhdudlaşdırıblar. Nəticədə ispanaq qəbul edən iştirakçılar orta hesabla 5 kiloqram, nəzarət qrupuna aid olanlar isə 3,5 kiloqram çəkidən azad olublar.
Maraqlıdır ki, birinci qrupda olan könüllülər qeyri-sağlam qidaya meylliyini hiss etmirdilər və onlar tez bir zamanda sağlam qidaya, tərəvəzli kokteylərə öyrəşirdilər. Alimlərin fikrincə, ispanağın şirəsi qidaya meylliliyin 95 faizədək qarşısını alır.
Tilakoidlər insan orqanizmində doyumluluq hormonunun yaranmasına səbəb olur, yağlı və zərərli qidanı unudaraq pəhrizə riayət etməyə kömək edir. Alimlər ispanağa diqqət yetirməyi və onu gündəlik rasiona əlavə etməyi məsləhət görürlər.