İspaniyanın Malaqa Universitetinin professorları UNEC-də
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Erasmus+” mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi Malaqa Universitetinin professorları UNEC-də mübadilədə iştirak ediblər.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində professorlar UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin müvafiq şöbələrinin, eləcə də “Bloomberg” laboratoriyası, 7/24 Kitabxana, Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin əməkdaşları ilə görüşərək, strukturların fəaliyyəti ilə yaxından tanış olublar.
Görüş zamanı UNEC haqqında ümumi məlumatlar, beynəlxalq və ikili diplom proqramları, layihələr, eləcə də diferensial əməkhaqqı sistemi, tədqiqat mərkəzləri üçün potensial əməkdaşlıq əlaqələri haqqında fikir mübadiləsi aparılıb.
Sonda alimlərə sertifikatlar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]
ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub
- 10.06.2026 [17:02]