İsrail parlamenti ölkənin yeni prezidentini seçib
Bakı, 2 iyun, AZƏRTAC
İsrail Knessetinin (birpalatalı parlament) deputatları yeddi illik müddəti bitən Ruven Rivlini əvəz edəcək 11-ci prezidenti seçib.
AZƏRTAC İsrailin parlament televiziyasına istinadla xəbər verir ki, gizli səsvermə nəticəsində “Soxnut” agentliyinin rəhbəri İshaq Hersoq ölkənin yeni prezidenti seçilib. Kan dövlət radiosunun məlumatına görə, birinci turda Knessetin 120 deputatından 87-si Hersoqa səs verib.
Ruven Rivlinin prezidentlik səlahiyyətləri iyulun 9-da bitir. İsrail qanunlarına əsasən, yeni prezident həmin müddətə 30 gün qalmış müəyyən olunmalıdır.
Qeyd edək ki, İsraildə prezidentin yeddi illik səlahiyyət müddəti var və dövlət başçısı vəzifəsi eyni şəxs tərəfindən iki dəfə icra edilə bilməz. Prezident vəzifədən yalnız parlament tərəfindən - deputatların dörddə üçünün impiçmentə səs verəcəyi təqdirdə kənarlaşdırıla bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]