İSRAİL VƏ LİVAN FUTBOLSUZ QALDILAR
Beləliklə, Təl-Əvivin “Hapoel” və “Bney Yehuda” klubları UEFA Kuboku uğrunda oyunları bitərəf meydanlarda keçirməli olacaqlar. Livanın milli yığması isə 2007-ci il Asiya Kuboku uğrunda seçmə turnirə qatılmayacaqdır.
İyulun 31-də Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İsraildə yaranmış mürəkkəb vəziyyəti nəzərə alaraq, yerli klubların oyunlarını bitərəf meydanlara keçirdiyini açıqlamışdır. UEFA Kubokunda “Hapoel”in və “Dney Yehuda”nın rəqibləri müvafiq surətdə Sloveniyanın “Domjale” və Bolqarıstanın”Lokomotiv” klubları olacaqlar.
İsrail Futbol Assosiasiyasının prezidenti Avi Luzon UEFA-nın qərarına çox kəskin münasibət bildirmişdir: “Cavab tədbirlərimiz sərt olacaq və biz bu planların həyata keçirilməsinə yol verməyəcəyik”.
Yeri gəlmişkən, avqustun axırlarında İsrailin “Makkabi” klubu ilə oynamalı olan İngiltərənin “Liverpul” komandası da münaqişə zonasına getmək istəmir.
Livana gəldikdə, yerli Futbol Federasiyasının özü etiraf etmişdir ki, ölkə yığması 2007-ci il Asiya Kubokunun seçmə turnirində oynaya bilməyəcəkdir.