İsraildə turistlərə kirayəyə verilən mənzillərin vergisi ikiqat artırıla bilər
Bakı, 11 fevral, AZƏRTAC
Təl-Əviv şəhər bələdiyyəsinin verdiyi təklifə əsasən, Şəhər Şurasında ildə üç aydan az müddət üçün kirayəyə verilən mənzillərə görə tutulan verginin ikiqat artırılması müzakirə edilir. Bu barədə yekun qərarın isə fevralın 18-də verilməsi gözlənilir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bələdiyyəyə görə, son illərdə ev sahiblərinin onlayn sifariş xidməti əsasında qısa müddətə kirayəyə verdikləri mənzillərin sayında ciddi artım var. Bu, yerli sakinlərin kirayə xərclərinin kəskin şəkildə artmasına şərait yaradır və normal həyat şərtlərinin pozulması təhlükəsi meydana gəlir.
Problemi həll etmək və turistlərə kirayəyə verilən mənzillərin sayını azaltmaq məqsədilə bələdiyyə daşınmaz əmlakın hər kvadratmetrindən tutulan verginin dərəcəsini iki dəfədən çox - 14,3 ABŞ dollardan (şəhər üzrə orta göstərici bu qədərdir) 33,1 dollara qaldırmağı təklif edib.
Qeyd edək ki, son iki ildə İsrailə turist axını 40 faizədək artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]