İstanbulda Azərbaycan Dostluq Parkının açılışı olub
İstanbul, 30 may, AZƏRTAC
İstanbulun Beşiktaş ərazisində Azərbaycan Dostluq Parkının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində, rəsmi şəxslər, diplomatlar, şəhər ictimaiyyətinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Mərasim Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə çıxış edənlər Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərindən danışıblar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul