Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstiqlal yolunun keşiyində və ya tarixin etibarlı guşəsi - REPORTAJ

Əli bəyin skripkası, tarixi qılınc və tərsinə tikilmiş bayraq

Bakı, 28 dekabr, AZƏRTAC

Burada Azərbaycan istiqlaliyyət tarixinin bütün mərhələləri göz önündə canlanır. Tariximizlə bağlı maraqlı və yeni məlumatların əldə edilməsi baxımından bu məkanda geniş imkanlar var. Görkəmli şəxsiyyətlərə və onların mübarizə yoluna aid qiymətli sənədlər burada göz bəbəyi kimi qorunur. Ona görə də bu yeri Azərbaycanın istiqlaliyyət tarixinin etibarlı guşəsi adlandırırlar. Azərbaycan İstiqlal Muzeyi təkcə ziyarət məkanı deyil, həm də elm adamları üçün tədqiqat mərkəzidir. Muzeydə müxtəlif tarixi dövrlərə aid 20 minədək eksponat saxlanılır.

AZƏRTAC oxucuları Azərbaycan İstiqlal Muzeyində qorunan bir neçə tarixi sənəd və eksponatlarla yaxından tanış edir.

Muzeyə girişdə bir rəsm tablosu diqqət çəkir. “Qarabağ atı” adlanan bu əsərin müəllifi Sabir Çopurovdur. Əsər hazırlanan zaman yalnız neftdən istifadə edilib. Rəssam Qarabağ atını tabloya barmaqları vasitəsilə köçürüb. Fırça ustasının bu tipli digər əsərlərinin olub-olmaması ilə maraqlanırıq.

Muzeyin direktoru Səddi Mirseyibli məlumat verir ki, Sabir Çopurovun bundan başqa, İstiqlal Muzeyində iki bu tipli - “Şah İsmayıl Xətai” və “Xocalı qadınları” əsəri saxlanılır. Həmin əsərlərlə tanış olduqda, eyni dəst-xət görünür.

Əli bəyin skripkası və ya “cənnətin bir guşəsi”

Azərbaycan İstiqlal Muzeyi altı zaldan - “Azərbaycan torpaqlarının parçalanması tarixi”, “Cümhuriyyət dövrü”, “Cənubi Azərbaycan tarixi”, “Sovet dönəmindəki Azərbaycan”, “Qarabağ” və “Müasir Azərbaycan” ibarətdir. Ekspozisiya zalları və burada yer alan eksponatların tarixi maraq doğurur.

Girişdəki zalda Əli bəy Hüseynzadənin şəxsi əşyaları sərgilənir. Əli bəy Hüseynzadə nasir, dramaturq, tənqidçi olmaqla yanaşı, musiqiyə də önəm verən şəxs idi. Burada ona məxsus skripka diqqət çəkir.

S.Mirseyibli deyir ki, Əli bəy Hüseynzadə bu musiqi aləti ilə Avropa bəstəkarlarının və dahi Üzeyir Hacıbəylinin əsərlərini ifa edib. “Skripka 2016-cı ilədək Əli bəyin şəxsi kolleksiyasında qorunub saxlanılıb. Həmin il qızı tərəfindən İstiqlal Muzeyinə təhvil verilib. 2017-ci ildə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən bərpa edilərək muzeyə gətirilib”, - deyə muzeyin direktoru söyləyib.

Zalda Əli bəy Hüseynzadəyə aid maraqlı materiallardan biri də “Bibiheybət”in ilk orijinal eskizidir. Bu əsərin kətan üzərində orijinalı hazırda Milli İncəsənət Muzeyində saxlanılır. Əsərin maraqlı tarixi var. O illərdə Əli bəy Hüseynzadə Hacı Zeynalabdin Tağıyevin açdığı mətbəədə fəaliyyət göstərirmiş. Bir gün Hacıya məlumat çatır ki, ingilislər Əli bəyin bu əsərini almaq istəyirlər. Hacı bu əsərin ingilislərə satılmağına qarşı çıxır, əsəri özü alıb muzeyə hədiyyə edir. Hacı deyir ki, bu əsərin mənim tərəfimdən alındığını Əli bəy bilməsin, yoxsa o pulu götürməz.

Daha sonra Əli bəyin Türkiyədə həbsxanada olduğu zaman çəkdiyi rəsm əsəri də maraqlı görünüşü ilə diqqət çəkir. Bu şəkilin də tarixi maraq doğurur. S.Mirseyibli vurğulayır ki, Əli bəyin həyat yoldaşı və qızı həbsxananın həyətində onunla görüşməyə gedirlər. Həyat yoldaşı qızına “atanın boynuna sarıl və ona ata, sən qısa zaman ərzində buradan çıxacaqsan” sözlərini deməsini istəyir. Qızı Əli bəyə anasının dediklərini təkrar edir. Bundan bir müddət sonra Əli bəy Hüseynzadə bu hadisədən təsirlənərək, həbsxana həyətini “cənnətin bir guşəsi” kimi təsvir edir və həmin görüş anını portretləşdirərək maraqlı bir sənət əsəri yaradır.

Tarixi qılınc, “Qəsri Qacar” zindanı

Növbəti zalda Cənubi Azərbaycanın müdafiə naziri Cəfər Kaviyana (Məmməd Cəfəroğlu Kaviyan) məxsus qılınc görürük. Bu qılınc bütün Azərbaycanın qəhrəmanlıq tarixini özündə ehtiva edən bir tarixə malikdir.

S.Mirseyibli qılıncla bağlı maraqlı tarixi fakta toxunur: “1945-1946-cı illərdə Cənubi Azərbaycanda “21 Azər” hökuməti qurulan zaman türk əsilli fars generalı Ələkbər Deraxşani Cəfər Kaviyanın yanına gəlir, belindəki silahı və bu qılıncı ona verərək, “biz Təbrizi sizə təslim edirik” deyir”. Qılınc 2015-ci ildə C.Kaviyanın oğlu Maqsud Kaviyan tərifindən İstiqlal Muzeyinə hədiyyə olunub.

Zalda Səfər Xan Qəhrəmaninin də şəkli diqqətdən yayınmır. Əslən Cənubi Azərbaycandan olan Səfər Xan Qəhrəmani Azərbaycan tarixində xalqın mübarizlərindən biri kimi qəbul olunur. O, 33 il “Qəsri Qacar” zindanında həbs həyatı yaşayıb. Səfər Xan Qəhrəmaniyə təkid edirlər ki, öz azadlığı üçün şaha məktub yazsa, həbsdən azad oluna bilər. O isə “xalqımın azadlığı mənim azadlığımdan daha üstündür” deyərək, bundan imtina edir. Ona aid təsbeh və müşdik də İstiqlal Muzeydə qorunur.

Müstəqilliyə tələsən bayraq

“Qarabağ zalı”nda İlham və Fərizədən yadigar qalan əşyalar diqqətdən yayınmır. Azı ona görə ki, bu əşyalar bizim müasir tariximizə, Qanlı 20 Yanvar hadisələrinə şahidlik edir. İlhamın şərfi və Fərizənin istifadə elədiyi fincan, İlhamın doğum günüdə Fərizə tərəfindən onun üçün alınan hədiyyə... Bütün bunlar hər bir ziyarətçi kimi, bizi də təsirləndirdi.

Növbəti zalda rənglərinin yeri səhv düşən Azərbaycan bayrağı diqqətimizi cəlb edir. Müsahibimiz bu bayrağın unikal tarixi barədə ətraflı məlumat verir. Qeyd edir ki, bu bayraq 1989-cu il mayın 28-də saat 11-də Qız qalasının üzərində Faiq Həsənov adlı şəxs tərəfindən qaldırılıb: “Bayrağın hazırlanmasının unikal və maraqlı tarixi var. Bayraq gecə saatlarında komendant saatında qaranlıq bir otaqda tikilib. Səhər baxıblar ki, bayrağın rənglərinin yeri səhv düşüb. Ancaq buna baxmayaraq, o bayraq Cümhuriyyətin yarandığı gün Qız qalası üzərində dalğalandırılıb. Bu bayraq 1995-ci ildə Faiq Həsənov tərəfindən İstiqlal Muzeyinə hədiyyə edilib. Biz isə bu bayrağı istiqlala, müstəqilliyə tələsən bayraq adlandırırıq”.

Bu zalda müşahidə etdiyimiz əşyaların sırasında kiçik bir kamera görünür. Öyrənirik ki, kamera Seyidağa Mövsümlüyə məxsusdur. Xocalı soyqırımından ilk fraqmentlər bu kamera ilə lentdə alınıb.

Svarovski daşları ilə bəzədilmiş “Qurani-Kərim”

Muzeyin altıncı zalında Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətini əks etdirən materiallar - fotolar, kitablar əks olunur. Burada muzey ziyarətçiləri üçün maraq doğuran maketlər saxlanılır. Bunlar Ulu Öndərin siyasi fəaliyyəti dönəmində zavod və fabriklərin açılışı zamanı ona verilmiş hədiyyələrdir. O hədiyyələrdən bir neçəsi muzeydə qorunur. Zalda svarovski daşları ilə bəzədilmiş “Qurani-Kərim” maraq yaradır. Muzey direktoru bildirir ki, müqəddəs kitabımız Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə nəşr edilib və bunun bir nüsxəsi də İstiqlal Muzeyinə təhvil verilib.

Muzeylə tanışlıqdan sonra “Şuşa İli”ndə görülən işlərlə bağlı maraqlanırıq. S.Mirseyibli cari ildə muzeydə reallaşan müxtəlif layihələr barədə məlumat verir.

Onun sözlərinə görə, layihələrdən biri “Şuşa-Qarabağın dünəni, bu günü və sabahı” layihəsidir. İki mərhələdən ibarət bu layihənin birinci turu virtual olaraq reallaşıb. Birinci mərhələdə Şuşanın tarixi, mədəniyyəti, incəsənəti və tarixi şəxsiyyətləri barədə məlumatlar muzeyin əməkdaşları tərəfindən hazırlanaraq, sosial şəbəkələrdə yayımlanıb. Sentyabr ayından isə layihənin ikinci mərhələsinə başlanılıb. S.Mirseyibli qeyd edib ki, layihə çərçivəsində Qarabağın tarixi yerlərini, abidlərini, mədəniyyətini özündə əks etdirən rəvayətlər, əfsanələrdən ibarət videoçarxlar hazırlanaraq izləyicilərə çatdırılıb.

Zəfər muzeyi üçün 8000 əşya toplanılıb

Muzey tərəfindən həyata keçirilən ikinci layihə “Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün” layihəsidir. Bu layihə çərçivəsində də Vətən müharibəsi zamanı ölkəmizin ərazi bölüvlüyü uğurunda candan keçən qəhrəmanların xatirəsini əbədiləşdirmək, onlara aid olan şəxsi materialların toplanması və vətənpərvərliyin təbliği məqsədilə müxtəlif sərgilər həyata keçirilib: “Bildiyiniz kimi, 2020-ci il dekabr ayında Prezident İlham Əliyev Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması ilə bağlı müvafiq Sərəncam imzalayıb. Haqqında danışdığımız bu layihə həm də Zəfər muzeyinin fondlarının komplektləşdirilməsi üçün şəhid ailələrindən, qazilərdən, Vətən müharibəsində iştirak edən qəhrəmanlardan şəxsi əşyaların, materialların, hərbi qənimətlərin Zəfər muzeyinə toplanması məqsədilə həyata keçirilir. Bu iş Mədəniyyət Nazirliyi tərəfindən İstiqlal Muzeyinə həvalə olunub. Layihə gələn il də davam edəcək. Hazırda Zəfər muzeyinin fondlarının komplektləşdirlməsi üçün 8000 civarında əşya toplanılıb. Gələcəkdə muzey fəaliyyətə başladığı zaman həmin əşyalar ora təhvil veriləcək”.

Sonda muzeyə ziyarətçi marağının hansı səviyyədə olmasını öyrənirik. Məlum olur ki, bu ildən İstiqlal Muzeyinə gələn ziyarətçilərin sayında artım müşahidə edilib. Bu il muzeyi 6000 şəxs ziyarət edib ki, bunların arasında müxtəlif ölkələrdən gələn xarici qonaqlar da olub.

Ceyhun Alışlı,

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir