İSVEÇRƏ KONFEDERASİYASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB YOZEF DAYSA
İsveçrə Konfederasiyasının milli bayramı - Konfederasiyanın yaranması günü münasibətilə Sizi və Sizin simanızda bütün İsveçrə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə İsveçrə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün qarşılıqlı səylərimizi bundan sonra da əzmlə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına əmin –amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 23 iyul 2004-cü il.