Azərbaycan Dövlət İnformasiya Agentliyi

İTALİYA İLƏ AZƏRBAYCAN ARASINDA ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİ ÜÇÜN BÖYÜK İMKANLAR VARDIR

Azərbaycanın İtaliyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 10-da səfir Emil Kərimov İtaliya xarici işlər nazirinin müavini Faminao Kruçianelli ilə görüşmüşdür.

İtaliya Xarici İşlər Nazirliyində Cənubi Qafqaz, o cümlədən Azərbaycan ilə əlaqələri həyata keçirən F.Kruçianellini yeni vəzifəyə təyin olunması və İtaliya komandasının futbol üzrə dünya çempionu adına layiq görülməsi münasibətilə təbrik edən səfir E.Kərimov, Azərbaycandakı çoxsaylı azarkeşlərinin də bu uğura sevindiklərini diqqətə çatdırmışdır. O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Prezidenti Corcio Napolitanonu və Nazirlər Şurasının sədri Romano Prodini, eləcə də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun italiyalı həmkarı Massimo D'Alemanı bu münasibətlə təbrik etdiklərini yada salmışdır.

Təbriklərə görə təşəkkür edən F.Kruçianelli hadisədən sonra ilk iş günü Azərbaycan səfiri ilə görüşündən məmnunluğunu bildirmişdir.

E.Kərimov ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirərək, bütün sahələrdə əlaqələrin dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğunu vurğulamışdır.

2005-ci ilin əlaqələrimizin inkişafında əlamətdar hadisələrlə yadda qaldığını bildirən səfir, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfərinin uğurları haqqında məlumat vermişdir.

İtaliyanın respublikamızın ən iri ticarət tərəfdaşı olduğunu bildirən səfir, İtaliyanın “Edison” şirkətinin Azərbaycanda qaz sektoruna maraq göstərdiyini demişdir. O, qeyri-neft sektorunda da əməkdaşlıq üçün böyük imkanların mövcudluğunu vurğulayaraq, “Tecnimont”, “Fincantieri” kimi iri şirkətlərin ölkəmizə olan marağını diqqətə çatdırmışdır.

İkitərəfli iqtisadi əməkdaşlığın inkişafı üçün 2004-cü ildə imzalanmış “İqtisadi əlaqələrə dair məşvərət forumunun yaradılması haqqında Memorandum”a uyğun olaraq, hər iki tərəfdən foruma sədrlərin təyin edilməsinin, habelə forumun ilk toplantısının keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Əməkdaşlıq çərçivəsində İtaliya tərəfindən ölkəmizə göstərilən texniki və humanitar yardımlara görə təşəkkürünü bildirərən E.Kərimov, İtaliyada hökumət dəyişikliklərindən sonra ölkələrimizin rəhbərlikləri arasında siyasi dialoqun təşkilinin əhəmiyyətli olduğunu vurğulamış, bu istiqamətdə ilk addım kimi XİN-lərarası məsləhətləşmələrin aparılmasının məqsədəuyğunluğunu diqqətə çarpdırmışdır. Bu mənada qarşılıqlı səfərlərin səmərəli olacağı vurğulanmışdır.

Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinə toxunan F.Kruçianelli, əlaqələrin daha da möhkəmləndirilməsi üçün geniş imkanlardan söz açmışdır. O, Azərbaycanın dünya siyasətinin diqqət mərkəzində olan əhəmiyyətli regionda yerləşdiyini, ölkəmizin zəngin təbii sərvətlərə, böyük iqtisadi potensiala malik olduğunu vurğulayaraq, İtaliyanın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə maraqlı olduğunu bildirmişdir. Xüsusilə, də enerji sektorundakı səmərəli əməkdaşlıqdan məmnunluğunu qeyd edən italiyalı diplomat, digər sahələrdə də əməkdaşlığın genişləndirilməsində ölkəsinin maraqlı olduğunu bildirmişdir.

Məşvərət forumunun yaradılmasının əhəmiyyətli olduğunu vurğulayan F.Kruçianelli, İtaliya tərəfinin yaxın zamanlarda bu işlə ciddi məşğul olacağını demiş, Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratiyanın inkişafı prosesinə İtaliyanın töhfə vermək niyyətini diqqətə çatdırmışdır.

X X X

Səfir E.Kərimov Azərbaycanda həyata keçirilən demokratik islahatlar, iqtisadi inkişaf və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılan siyasət barədə ətraflı məlumat vermiş, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin regionun inkişafına mane olduğunu bildirmişdir.

Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılması, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, habelə bütün bunların Qafqazda regional əməkdaşlığa və təhlükəsizliyə böyük təhdid yaratması italiyalı diplomatın diqqətinə çatdırılmışdır.

E.Kərimov Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyinə görə İtaliya tərəfinə təşəkkür etmişdir.

Münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesindən söz açan səfir, Azərbaycan tərəfinin bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bildirmişdir.

Görüşdə işğal edilmiş ərazilərdə ermənilərin qeyri-qanuni məskunlaşdırılması siyasətinin həyata keçirildiyi, Azərbaycanın tarixi-mədəni abidələrinin dağıdıldığı, eləcə də erməni silahlılarının həmin ərazilərdə kütləvi yanğınlar törətdiyi diqqətə çatdırılmış, bütün bunların danışıqlar prosesinə mənfi təsir göstərdiyi vurğulanmışdır.

Səfir E.Kərimov Romanın “Fori İmperiali” küçəsindəki divarda Roma imperiyasının müxtəlif tarixi dövrlərinə aid xəritələrdə Azərbaycanın yerləşdiyi coğrafi ərazinin üzərində Ermənistan adının yazılmasının ciddi səhv olduğunu diqqətə çatdırmış, həmin xəritəyə müvafiq dəyişikliklər edilməsinə ehtiyac duyulduğunu söyləmişdir. Məsələ ilə bağlı Roma şəhər meriyasına səfirlik tərəfindən müraciət olunsa da, bu məsələdə hələ ki, nəticə əldə edilmədiyi bildirilmişdir.

E.Kərimov ehtiyac yaranarsa, səfirlik tərəfindən həmin tarixi dövrlərdə regionda mövcud olan dövlətlərin ərazilərinə dair xəritələr və digər materialların təmin edilməsinin mümkünlüyünü vurğulamış, həmçinin bu məsələ ilə bağlı tarixçilərin iştırakı ilə birgə tədbirin keçirilməsinin də məqsədəuyğunluğunu diqqətə çatdırmışdır.

Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll edilməməsindən təəssüfləndiyini bildirən F.Kruçianelli, ölkəsinin münaqişənin sülh yolu ilə həllinə dəstək göstərməyə hazır olduğunu vurğulamış, Cənubi Qafqazdakı münaqişələrin regionda sabitliyə və təhlükəsizliyə böyük təhdid olduğunu bidirmişdir. O, Avropa İttifaqının bu münaqişələrin həllinə daha fəal cəlb edilməsinin məqsədəuyğunluğunu vuğulamışdır.

“Forİ İmperiali” küçəsindəki xəritələrdə coğrafi adlarla əlaqədar məsələ ilə tanış olmadığını bildirən F.Kruçianelli, bununla bağlı ətraflı və dəqiq araşdırmaya ehtiyac duyulduğunu söyləmişdir.

İtaliyalı diplomat həmin xəritədə coğrafi ərazinin bu və ya digər adla adlandırılmasının hər hansı məqsəd daşımadığına inandığını bildirmişdir. Məsələnin dərindən araşdırılacağını bir daha vurğulayan F.Kruçianelli, bu barədə səfırliyə məlumat veriləcəyini qeyd etmişdir.

O, iş cədvəlinin gərgin olmasına baxmayaraq, tanışlıq və cari məsələlərin müzakirəsi üçün Azərbaycana səfər etməyə maraqlı olduğunu bildirmiş, münasib vaxtda səfərin gerçəkləşdiriləcəyini söyləmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram