İtaliya kuboku: “İnter” “Milan”ı məğlub edərək yarımfinala yüksəlib
Bakı, 27 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Yanvarın 26-da futbol üzrə İtaliya kubokunun dörddəbir final mərhələsinin ilk oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, bu mərhələnin ilk matçında Milan şəhərinin iki əzəli rəqibi - “Milan” və “İnter” komandaları üz-üzə gəlib.
Oyunda hesabı “Milan” açıb. 31-ci dəqiqədə Zlatan İbrahimoviçin uzaq məsafədən vurduğu zərbə dəqiq olub.
Fasilədən sonra hücumlarının kəsərin artıran “İnter” 71-ci dəqiqədə hesaba tarazlıq gətirib. Romelu Lukaku hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirib.
Matçın 76-cı dəqiqəsində futbolda nadir hallarda baş verən hakim əvəzetməsi olub.
Oyunun 98-ci dəqiqəsində “İnter” hesabda önə keçib. Kristian Eriksenin cərimə zərbəsindən vurduğu baxımlı qol “Neradzurri”yə qələbə qazandırıb.
Bu qələbə sayəsində “İnter” yarımfinala yüksəlib.
Qeyd edək ki, dörddəbir final mərhələsinin digər görüşləri aşağıdakılardır:
“Atalanta” - “Latsio”;
“Yuventus” - SPAL
“Napoli” - “Spezia”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]
“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb
- 12.06.2026 [12:14]
Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək
- 12.06.2026 [11:52]
Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb
- 12.06.2026 [11:44]
Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb
- 12.06.2026 [11:04]