İtaliya və ABŞ İkinci Dünya müharibəsi illərində itkin düşmüş hərbçilərlə bağlı əməkdaşlığı möhkəmləndirir
Bakı, 21 may, AZƏRTAC
İtaliya və ABŞ İkinci Dünya müharibəsi zamanı itkin düşmüş amerikalı hərbçilərin axtarışı üzrə əməliyyatların təkmilləşdirilməsinə dair memorandum imzalayıblar.
AZƏRTAC xəbər verir ki, 1943–1945-ci illərdə müttəfiqlərin Siciliya adasına hücumundan sonra İtaliyanın faşist və nasist ordusundan azad edilməsi kampaniyası üzrə gedən hərbi əməliyyatlar zamanı şiddətli döyüşlər baş verib və bu da saysız-hesabsız hərbçinin itkin düşməsi ilə nəticələnib.
Yeni saziş çərçivəsində aparılacaq axtarış əməliyyatları zamanı bəzi ərazilərdə mövcud olan arxeoloji abidələrin qorunmasına da xüsusi diqqət yetiriləcək.
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, İkinci Dünya müharibəsində iştirak edən və bu günədək itkin hesab edilən amerikalı hərbçilərin sayı təxminən 72 min nəfərdir.
Bildirilib ki, 1970-ci illərdən etibarən yenidən başlanan bərpa və axtarış işləri nəticəsində indiyədək demək olar ki, 1000 amerikalı hərbçinin qalıqları müəyyən olunaraq ailələrinə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:42]
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb
- 01.10.2026 [11:34]
Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]
Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib
- 01.10.2026 [08:10]
CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
- 01.10.2026 [07:44]
Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq
- 01.10.2026 [06:50]
Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir
- 01.10.2026 [06:07]
NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]