IV İslam Həmrəyliyi Oyunları zamanı tədris prosesinin pozulmamasına çalışırıq VİDEO
Bakı, 15 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Təhsil Nazirliyinin tapşırıqlarına uyğun olaraq, IV İslam Həmrəyliyi Oyunlarında paytaxt məktəblilərinin iştirakı müvafiq qaydada təşkil ediləcək. Bu prosesdə tədris prosesinin pozulmasına imkan verilməyəcək.
AZƏRTAC xəbər verir ki, bunu BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva aprelin 15-də jurnalistlərə açıqlamasında deyib.
M.Vəliyeva bildirib ki, Oyunlarda məktəblilərin iştirakı ilə bağlı təşkilati işlərdə Təhsil Nazirliyinin, o cümlədən BŞTİ-nin üzərinə öhdəliklər düşür. Bununla bağlı idarə tərəfindən bütün hazırlıq işləri görülüb.