IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş reklam filmi çəkilib
Bakı, 21 aprel, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) qısametrajlı reklam filmi hazırlayıb. Mayın 12-22-də Bakıda keçiriləcək Oyunlardan əvvəl film dörd qitəni əhatə edən 50-dən çox ölkədə yayımlanacaq.
AZƏRTAC “Bakı-2017”yə istinadla xəbər verir ki, milyonlarla televiziya tamaşaçısının seyr edə biləcəyi bu qısametrajlı reklam filmi ruhla bədənin vəhdətində mükəmməlliyin ehtiramla bayram edilməsi, İslamda birlik, Azərbaycanın ölkə və xalq kimi mədəniyyəti və irsinin beynəlxalq səviyyəli çoxnövlü idman tədbiri ilə tərənnümü üzərində qurulub.
Film paytaxtın ən tanınmış yeni və müasir memarlıq nümunələri ətrafında çəkilib. Bura Heydər Əliyev Mərkəzi, Alov qüllələri və əzəmətli Heydər Məscidi daxildir. Filmin yaradıcı heyəti, həmçinin ilham mənbəyini Azərbaycanın mədəni irsi olan, UNESCO-nun Ümumdünya Mədəni İrsi Siyahısına daxil edilmiş Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun bizim eradan əvvəlki dövrlərə məxsus qayaüstü rəsmlərindən götürüb.
Azərbaycan mədəni irsinə ehtiramın digər nümunəsi musiqidə əks olunub. Qobustan ərazisində tapılmış, eramızdan əvvəlki dövrə məxsus zərb aləti olan Qavaldaşın səsi ənənəvi kollektiv rəqsə - “Yallı”ya xüsusi rəng qatır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [12:31]
Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurub
- 29.10.2026 [12:23]
Dünya çempionatı: Azərbaycan millisi Mozambikə böyük hesabla qalib gəlib
- 29.10.2026 [10:53]
“Araz-Naxçıvan”ın futzalçısı: Rəqib bizi yaxşı mənada təəccübləndirdi
- 29.10.2026 [10:26]
“Turan” voleybol klubu Çempionlar Liqasında cavab oyununu keçirəcək
- 29.10.2026 [10:09]
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə 2 oyunla yekun vurulacaq
- 29.10.2026 [09:59]
Azərbaycan millisi U-15 dünya çempionatında növbəti oyununa çıxır
- 29.10.2026 [01:57]
Kriştianu Ronaldo tarixdə “Qızıl top” mükafatının ən yaxşı sahibi seçilib
- 29.10.2026 [00:07]