İxtisas seçimində subbakalavrları fərqləndirmək məqsədilə göstəricilər açıqlanıb
Bakı, 25 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin feysbuk səhifəsində canlı yayımda subbakalavrları fərqləndirmək məqsədilə göstəriciləri açıqlayıb.
AZƏRTAC xəbər verir ki, DİM-in Direktorlar Şurasının sədri ixtisas seçimində subbakalavrı fərqləndirmək məqsədilə orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisinin nəzərə alındığını bildirib. Həmçinin təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası nəzərə alınır.
Xatırladaq ki, ixtisas seçimi avqustun 20-dən başlanıb və 30-dək davam edəcək. DİM-in Direktorlar Şurasının sədri avqustun 23-də II və III, avqustun 24-də I və IV ixtisas qrupları üzrə abituriyentlərin suallarını cavablandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:09]
ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub
- 10.06.2026 [17:02]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [16:55]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:50]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [15:53]
BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib
- 10.06.2026 [15:50]
Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub
- 10.06.2026 [15:43]