JAK ŞİRAK XƏSTƏXANADAN ÇIXMIŞDIR
AZƏRTAC xəbər verir ki, Fransanın sabiq Prezidenti Jak Şirak aprelin 12-də axşam Parisin Pitye-Salpetriyer xəstəxanasını tərk etmişdir. Orada uğurlu cərrahiyyə əməliyyatından sonra onun ürəyinə stimulyator qoşulmuşdur.
Aprelin 10-da xəstəxanaya düşən Şirakın vəziyyəti indi yaxşıdır. Həkimlər ona istirahət tövsiyə etdiklərinə görə, sabiq prezidentin iki həftə ərzində gündəlik iş cədvəli “”yüngülləşdirilmişdir”.
75 yaşlı Şirak 2007-ci il mayın 16-da prezident səlahiyyətlərini üzərindən götürmüşdür. O, 12 il ərzində dövlətə başçılıq etmiş, iki dəfə baş nazir vəzifəsini tutmuş, 18 il Paris meri olmuşdur. Bu ilin martında “Sabit inkişaf və mədəniyyətlərin dialoqu uğrunda Şirak Fondu” yaratmıdır.
2005-ci ildə sabiq prezidentin beyninə yüngülcə qan sızmış və o bir həftə xəstəxanada qalmalı olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]