RƏSMİ XRONİKA
KANADANIN GENERAL-QUBERNATORU ZATİ-ALİLƏRİ XANIM MİŞEL JANA
Hörmətli xanım General-Qubernator,
Ölkənizin milli bayramı - Kanada günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan-Kanada münasibətlərinin bugünkü inkişaf səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kanada xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 iyun 2010-cu il.