Karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçiriləcək
Bakı, 10 oktyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) karxana fəaliyyəti ilə məşğul olan sahibkarlara müraciət edib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin təşkilatçılığı ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları oktyabrın 27-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirəcək. Görüşdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinın mütəxəssisləri tərəfindən faydalı qazıntı yataqlarının istismar qaydaları, hüquqi tənzimlənməsi barədə məlumat veriləcək, sahibkarların karxana fəaliyyətinin hüquqi əsaslarına dair sualları cavablandırılacaq, onların qarşılaşdıqları problemlər dinləniləcək. Bakıda karxana fəaliyyəti ilə məşğul olan sahibkarlar görüşdə iştirak edə bilərlər.