Keçən ay 50 küçə və prospektdə 360-dan artıq yol nişanı quraşdırılıb
Bakı, 11 noyabr, AZƏRTAC
Hesabat dövründə 50 küçə və prospektdə 360-dan artıq yol nişanı quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, ümumilikdə son 10 ayda yol nişanları üzrə illik hədəfin 71 faizi yerinə yetirilib. 41 yol kəsişməsində quraşdırılan üstünlük nişanları sayəsində təhlükəsizlik artırılıb, yol nəqliyyat hadisələrinin başvermə riski azaldılıb. 1 küçədə sürət həddi optimallaşdırılıb. 40-dan artıq küçə və prospektdə piyada keçidləri yenilənib. Daha 3 küçədə yeni piyada keçidləri təşkil edilib, 2-məntəqədə isə işıqfora piyada keçidi seksiyası quraşdırılıb. 28 küçədə hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb. Vətəndaşların rahatlığı üçün 40-a yaxın ünvanda avtobus dayanacaq məntəqəsi quraşdırılıb. Nəqliyyat axının nizamlanması məqsədilə 3 kəsişmədə sarı kəsişmə toru təşkil edilib. Əlçatanlığın təmin olunması məqsədilə 8 küçə və prospektdə pandus, tumba və məhəccər quraşdırılıb.
Həmçinin 2 küçədə isə “İdeal səki” quraşdırılıb. 2 orta məktəbin binasının ətrafında hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb. Nəticədə 1200 nəfərə yaxın şagirdin, pedaqoji heyətin, eləcə də valideynin təhsil müəssisəsinə gediş-gəlişi daha təhlükəsiz olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]