Keçən il “Azəri-Çıraq-Günəşli”də hasilat 213 milyon barrel olub

Bakı, 13 fevral, AZƏRTAC
2018-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat 213 milyon barrel, yəni 29 milyon ton təşkil edib.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, il ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. AÇG-dən ümumi hasilat - “Çıraq” (46 min), “Mərkəzi Azəri” (154 min), “Qərbi Azəri” (126 min), “Şərqi Azəri” (97 min), “Dərinsulu Günəşli” (105 min) və “Qərbi Çıraq” (57 min) platformalarından birlikdə gündəlik orta hesabla 584 min barrel olub.
İlin sonuna AÇG-də ümumilikdə 117 neft hasilat quyusu, 44 su və 7 qaz injektor quyusu istismarda olub. Ötən il blokda 14 neft hasilat və 3 su injektor quyusu qazılıb.
2018-ci ildə AÇG layihəsinə təqribən 505 milyon dollar əməliyyat və 1 milyard 150 milyon dollar isə əsaslı məsrəflər xərclənib.
AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.
Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən oktyabrın 31-də ratifikasiya olunub.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Təbiət və gözəllik şairi
- [12:07]
Rafael Fiziyev UFC turnirində iştirak etmək üçün Bakıya gəlib
- 14.06.2025 [23:41]
Azərbaycanın paytaxtında “IV Bakı Piano Festivalı” başlayıb
- 14.06.2025 [23:30]
Azərbaycan akrobatları Bakıdakı Dünya Kubokunda finala yüksəliblər
- 14.06.2025 [22:05]
Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub
- 14.06.2025 [21:18]
“Sabah” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 14.06.2025 [20:51]
Şəkidə yük boşaldan maşın aşıb, bir nəfər ölüb
- 14.06.2025 [20:25]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 14.06.2025 [20:20]
Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib
- 14.06.2025 [19:11]
Şəkidə güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılıb
- 14.06.2025 [19:02]
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
- 14.06.2025 [18:53]
Praqada Orta Dəhlizlə bağlı panel təşkil edilib
- 14.06.2025 [18:26]
Qərbi Balkan ölkələri Yaxın Şərqdə artan gərginlikdən narahatdır
- 14.06.2025 [18:18]
Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza
- 14.06.2025 [18:01]