MƏDƏNİYYƏT
“Kəlamlar” kitabı AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna daxil olmuşdur
Bakı, 20 iyun (AZƏRTAC). Hacı Fərhad Mirzənin “Kəlamlar” kitabı AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna daxil olmuşdur.
Mərkəzi Elmi Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, Almaniyanın Frankfurt şəhərində nəşr olunan kitabda müəllifin 1997-ci ildən 2002-ci ilədək topladığı seçilmiş aforizm və ifadələri yer almışdır.
Beş dildə çap olunaraq dünya miqyasında geniş yayılan kitabda müəllif humanist və mənəvi dəyərlərə söykənən əsas məsələləri, vahid ailə prinsiplərini, həmçinin Allah və bəşəriyyət naminə ölkə və xalqlar arasında dünyəvi qardaşlıq kimi universal dəyərləri ön plana çəkir.
Kitab oxuculara Allah, ədalət, birlik və bərabərlik yolunu tutmasını tövsiyə edir.