İQTİSADİYYAT
“Kəpəz” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 6-da BOKT “Kəpəz” MMC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə Bakı Fond Birjasında (BFB) həyata keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazların sayı min ədəd, nominal dəyəri min manat, illik faiz dərəcəsi 14 faiz, tədavül müddəti 48 aydır. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə etmək mümkündür. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.