Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Gümüş Avropa Liqasındakı oyunlarının təqvimi açıqlanıb
Bakı, 10 yanvar, AZƏRTAC
Kişi voleybolçular arasında Gümüş Avropa Liqasının 2022-ci il mövsümünün təqvimi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan yığmasının da oyunlarının vaxtı müəyyənləşib.
A qrupunda mübarizə aparacaq millimiz iki rəqiblə üz-üzə gələcək. İlk oyununda - mayın 28-29-da Macarıstanı qəbul edəcək komandamız iyunun 4-5-də Finlandiyanın qonağı olacaq.
Millimiz ikinci dövrəyə Finlandiya ilə ev matçı ilə başlayacaq. Qarşılaşmanın iyunun 11-12-də keçirilməsi nəzərdə tutulub. Son turda - iyunun 18-19-da yığmamız Macarıstanın qonağı olacaq.
Qeyd edək ki, Gümüş Avropa Liqasının “Dördlər finalı” iyunun 25-26-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]