İDMAN
Kişilər arasında BMX velosiped idmanı üzrə yarışlarda finalçılar bəlli oldu [YENİLƏNİB]
Qadınların yarışında qızıl medalı Danimarka təmsilçisi Simona Kristensen qazanıb. İkinci nəticəni fransalı idmançı Maqali Porttiyer göstərib. Üçüncü yerə isə Çexiya təmsilçisi Aneta Xladikova çıxıb.
16:33
Birinci Avropa Oyunları çərçivəsində Veloparkda kişilər arasında BMX velosiped idmanı üzrə yarışların yarımfinal mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Fransa təmsilçisi Jores Daudet, İsveçrə nümayəndəsi David Qraf və Hollandiya veloyürüşçüsü Tvan Van Gendt finala vəsiqə qazanıblar.
14:48
Bakı, 28 iyun, AZƏRTAC
Birinci Avropa Oyunları çərçivəsində Veloparkda BMX velosiped idmanı üzrə yarışların qalibləri və mükafatçıları müəyyən ediləcək. Əvvəlcə 8 qadın velosipedçisi arasından qaliblər və mükafatçılar seçiləcək, sonra kişilər arasında final keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarımfinalda starta ilk olaraq kişilər çıxıblar.