MƏDƏNİYYƏT
Kitabxana dahi Azərbaycan şairi Nizami Gəncəvinin ədəbi irsinə müraciət edib
![Kitabxana dahi Azərbaycan şairi Nizami Gəncəvinin ədəbi irsinə müraciət edib](/files/2020/2/1200x630/1588589188112427045_1200x630.jpg)
Bakı, 4 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası koronavirus pandemiyası şəraitində ölkəmizdə keçirilən ciddi karantin rejiminin tələblərinə uyğun olaraq internet üzərindən fəaliyyətini davam etdirir.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Kitabxana Baş İdarənin təşəbbüsü ilə həyata keçirilən #mənoxudumsəndəoxu layihəsi çərçivəsində “Nağıl saatı”nda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından “Kərpickəsən kişinin dastanı" hekayəsini təqdim edib. Əsəri kitabxananın əməkdaşı Şəfa Əliyeva səsləndirib.
Dahi şair N.Gəncəvinin "Kərpickəsən kişinin dastanı" hekayəsində kərpic kəsərək çörək pulu qazanan və bundan zərrə qədər utanmayan yaşlı qoca dövrümüzdəki zəhmətkeş insanların şərəfli həyatını əks etdirir. Həyatın mənasını anlamayan gəncin onu məsxərəyə qoyması və sonra öz hərəkətindən peşman olaraq üzr istəməsi əsərin əsas süjet xəttini təşkil edir.