MƏDƏNİYYƏT
KİTABXANAÇILAR ÜÇÜN SEMİNAR KEÇİRİLİR
Sentyabrın 11-də Qax rayon Mərkəzi kitabxanasında M.F. Axundov adına Azərbaycan Dövlət Kitabxanası Tədris mərkəzinin təşkil etdiyi “Müasir kitabxanalar və onların vəzifələri” mövzusunda üçgünlük seminar öz işinə başlamışdır.
Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fond) maliyyə dəstəyi ilə keçirilən tədbirin proqramı Cənubi Qafqaz ölkələri kitabxana və informatika işçilərinin ixtisasartırma mərkəzinin məzunları tərəfindən hazırlanmışdır. Proqrama “Kitabxana qanunvericiliyi və normativ sənədlər”, “Kataloqlaşdırma və kataloq”, “Kitabxanaların maliyyələşdirilməsi yolları”, “Beynəlxalq kitabxana əməkdaşlığı”, “Kompüterin əsasları və İnternetdə axtarış” və. s mövzularda məşğələlər daxildir.
Məşğələlərdə fərqlənən kitabxanaçıların Azərbaycan Dövlət Kitabxanasının Tədris mərkəzində keçiriləcək daha geniş treninqlərə dəvət olunması nəzərdə tutulmuşdur.