MƏDƏNİYYƏT
Konsertdə səslənən görkəmli Avropa bəstəkarlarının əsərləri tamaşaçılara xoş anlar bəxş edib
![Konsertdə səslənən görkəmli Avropa bəstəkarlarının əsərləri tamaşaçılara xoş anlar bəxş edib](/files/2014/2/1200x630/1408712527479431133_1200x630.jpg)
Qəbələ, 1 avqust (AZƏRTAC). Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələdə Beynəlxalq Musiqi Festivalı artıq sona çatmaqdadır.
AZƏRTAC xəbər verir ki, festivalın proqramına uyğun olaraq avqustun 1-də Qəbələ şəhərindəki “Qafqaz Resort” otelinin kamera zalında keçirilən növbəti konsertdə görkəmli Avropa bəstəkarlarının əsərləri səsləndirildi.
Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, skripka ifaçısı Janna Qandelman, VI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli məşhur violonçel ifaçısı, “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski, tanınmış klarnet ifaçısı Yulian Milkis, “Denis Sunqo” şirkətinin yaradıcısı və prezidenti, gitara ifaçısı koreyalı musiqiçi Denis Sunqonun ifasında səslənən Falya, Piazolla, Brams və digər bəstəkarların əsərləri tamaşaçılara xoş anlar bəxş edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [17:59]
Məktəb-studiyanın yekun konserti olub
- 02.07.2024 [15:24]
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
- 02.07.2024 [15:12]
İstanbulda Azərbaycan və Türkiyə gənclərinin birgə konserti təşkil olunub
- 02.07.2024 [15:10]
“Dəlinin qeydləri” monotamaşası beynəlxalq festivaldan uğurla qayıdıb
- 02.07.2024 [11:52]
“Qafqazlı qardaşqızı” operettası növbəti dəfə səhnədə
- 02.07.2024 [10:40]