Azərbaycan Dövlət İnformasiya Agentliyi

Könüllülük – sevgi, vətənpərvərlik və xeyirxahlıqdan doğan hərəkat

Könüllülük – sevgi, vətənpərvərlik və xeyirxahlıqdan doğan hərəkat

Bakı, 2 fevral, AZƏRTAC

Heç bir təmənna güdməyən xeyirxah bir əməldən gözəl nə ola bilər ki? İnsanları bir-birinə daha da yaxınlaşdıran, onlarda mərhəmət, sevgi hisslərini artıran bu cür əməllər sağlam cəmiyyətin təməlində dayanmaqla könüllülük fəaliyyətinin əsasını təşkil edir.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib. Təqdirəlayiq haldır ki, “Könüllülər ili” çərçivəsində geniş Tədbirlər Planı hazırlanıb həyat keçirilməsi nəzərdə tutulub.

AZƏRTAC Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyevin “Könüllülər ili” ilə bağlı hazırladığı yazını təqdim edir.

Könüllülük nədir?

Könüllülük fəaliyyəti şəxsi iradə və azad seçim əsasında cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan, əhalinin həssas qruplarından olan insanlara (əlillər, qocalar, kimsəsiz uşaqlar, ehtiyacı olan kəslər və s.) göstərilən fiziki və mənəvi yardım, cəmiyyətdə maarifləndirmə işinin aparılması, vətəndaş fəallığının artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, ətraf mühitin qorunması və s. məqsədlərlə həyata keçirilən layihə və tədbirlərdə göstərilən təmənnasız sosial xidmətdir.

Yüksək dəyərlər naminə başqalarına kömək edib cəmiyyətə fayda vermək, öz bacarıqlarını yeni ortamda istifadə etmək, yeni dostlar taparaq yeni əlaqələr qurmaq, bir şeyi əldə etmək hissini özünə dəyər hissi kimi inkişaf etdirmək bu işin əsas qayəsini təşkil edir.

Gündəlik həyatda hər birimiz könlümüzdən gələn yaxşılıq və hörmət hislərini yaşlılara yolu keçməkdə kömək etməklə, avtobusda yaşca böyüklərə yer verməklə, hər hansı bir şəxsə yaşından asılı olmayaraq yardım etməklə göstəririk. Könüllü olmaq da məhz bu hisslərin birlikdə təzahürüdür.

Məşhur Roma imperatoru, filosof Mark Avreli deyirdi: “Hər kəsin dəyəri nəyə can atmasındadır”. Bu fəaliyyətin üstünlüyü də elə məhz budur. Vətənpərvərlik məktəbinin daşıyıcı sütunlarını təşkil edən könüllülük öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərinə bağlılıq və xidmət örnəyidir. Azərbaycan gəncləri üçün milli ideya və dəyərlər naminə birləşmək bu gün həmişə olduğundan daha vacib olmaqla zamanın tələbidir.

İnsanları vahid niyyət, sağlam düşüncə, təmənnasız kömək ətrafında birləşdirən könüllülük hərəkatı Azərbaycan xalqının əsrlərboyu xeyirxah, fədakar, təşəbbüskar, sağlam, ülvi niyyətli olmasının bariz nümunəsidir.

XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək, BMT Könüllüləri tərəfindən koordinasiya olunmağa başlayıb və beləliklə, könüllülük dünyada kütləvi bir sosial fəaliyyətə çevrilib. BMT Baş Assambleyası 1985-ci ildə dünya dövlətlərinə hər il iqtisadi və inkişaf naminə 5 dekabr tarixinin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunmasını təklif edib. O vaxtdan hər il 5 dekabr tarixi dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.

Könüllülük hərəkatının tarixi

Tarixə nəzər salsaq görərik ki, könüllülük fəaliyyəti ilk dəfə XVII əsrdə Fransa ordusunda yaranıb. Daha dəqiq desək, bu anlayış və yaxud hərəkat könüllü hərbçi olmaq istəyən fransızların qeydə alınmasından sonra meydana çıxıb. Belə ki, bu dövrdə Avropada şəxsi istəyi ilə hərbi xidmətə gedənləri “volantaire”, yəni “könüllü” adlandırırdılar.

XIX əsrdə ABŞ-da vətəndaş müharibəsi zamanı isə qadınların könüllü olaraq tibb bacısı kimi fəaliyyət göstərməsi minlərlə könüllünü ətrafında birləşdirən Amerika Qırmızı Xaç Təşkilatının yaranmasına səbəb oldu. XX əsrin əvvəllərindən başlayaraq isə könüllülük fəaliyyəti bütün dünyada daha da genişlənərək yeni bir mərhələyə qədəm qoydu.

Könüllülüyün əsasını altruizm fəlsəfəsi təşkil edir

Mövzuya bir az fəlsəfi yanaşsaq, görərik ki, könüllülüyün əsasını altruizm fəlsəfəsi təşkil edir. Altruizm əxlaqi prinsipi əslində insan olmanın əsasını təşkil edən mühüm humanizm, insanlıq fəlsəfəsidir. “Pozitivizm”in banisi sayılan fransız filosofu, sosiologiyanın bir elm kimi formalaşmasında müstəsna xidmətləri olmuş Oqüst Kont tərəfindən irəli sürülən altruizm- başqa adamlara təmənnasız xidmət göstərilməsini, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməyi özündə ehtiva edir. Eqoizmin əksi olan altruizmin mərkəzi motivini və əxlaqi meyarını başqa adamın və ya sosial birliyin maraqları təşkil edir. Əxlaqi prinsip olan altruizm- başqasının rifahı naminə təmənnasız əziyyətə qatlaşmaq anlamına gəlir. Məhz bu aspektdən yanaşdıqda könüllülüyün əslində birbaşa humanizmə xidmət etdiyini görə bilərik.

Kimlər könüllü ola bilər?

Demək olar ki, hər kəs, yəni özünü dərk edən və yaş həddindən asılı olmayaraq aşağıda qeyd olunmuş təməl xüsusiyyətlərə malik olan şəxslər könüllü ola bilərlər:

Məsuliyyətli olmaq - bu xüsusiyyət olmadığı təqdirdə, siz öz öhdənizə düşən işi yerinə yetirə bilməyəcəksiniz.

Gülərüz olmaq - hər kəsə müsbət enerji ötürməklə həm başqalarında məmnunluq yarada, həm də özünüzə rahat və yadda qalan bir könüllülük proqramı bəxş edə bilərsiniz.

İşə həvəsli olmaq - bu hiss olmadıqda siz öz işinizdən bezə bilərsiniz.

Ünsiyyətcil olmaq - bu xüsusiyyətlə siz həm yeni dostlar qazana biləcəksiniz, həm də komandayla rahat işləyə biləcəksiniz.

Könüllülərin qazancı nədir?

Könüllülər işlədikləri müddətdə heç bir maddi qazanc əldə etmirlər, ancaq mənəvi qazancları olur.

Könüllülük zamanı əldə olunanlar aşağıdakılardır:

Siz könüllü olduğunuz təqdirdə, çoxlu sayda könüllü ilə tanış olacaqsınız və mütləq şəkildə bir-birinizə yardım etməklə çalışarkən ən möhkəm dostluqların təməlini qoyacaqsınız.

Gələcək karyeranızda sizə uğur gətirəcək təcrübəni qazanacaqsınız. Digər dostlarınızla müqayisədə sizin CV-niz, tərcümeyi-halınız daha dolğun və seçilən olacaq.

Proqramdan asılı olaraq dil biliklərinizi inkişaf etdirə və sənədlərlə işin mahiyyətini anlayacaqsınız.

Siz özünüzdə yeni xüsusiyyətlər kəşf etməklə dünyanın ən xoşbəxt insanı olacaqsınız. Bununla da şəxsi inkişafınıza böyük töhfələr verəcəksiniz. Könüllülük zamanı qazandığınızı başqa heç bir zaman qazanmayacaqsınız.

Azərbaycanda könüllülük hərəkatı yeni mərhələyə qədəm qoyub

Qeyd etdiyimiz kimi, könüllülük hərəkatı bütün dünyada geniş vüsət alıb. Müasir Azərbaycanda isə könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Liderin adı ilə bağlıdır. Belə ki, dahi öndərin idarəçiliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanıldı. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verildi. Beləliklə, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə güclü könüllü komandası yaradıldı və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verildi.

Gənclər Forumunun keçirilməsi, “Gənclər Günü”nün təsis edilməsi 1995-1996-cı illərin ictimai-siyasi gərginliyində ruhdan düşən gənclər üçün bir işıq oldu. Təhsilini yarımçıq qoyaraq az məvacibli iş yerlərini tərk edərək ölkədən kənara üz tutan gənclərdə ruh yüksəkliyi yarandı. Bu proqram əsas götürülərək 1998-2000-ci illərdən başlayaraq ölkədə könüllülük prinsiplərinin geniş təbliğinə başlanıldı. Gənclərin mənəvi-fiziki inkişafı ilə bağlı indiyə qədər bir sıra sənədlər qəbul edilib. Belə ki, 2005-2009-cu illəri əhatə edən gənclərlə bağlı Dövlət Proqramı çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardı.

Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü 2007-ci ilin “Gənclər ili” elan edilməsində də göstərdi. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə dövlət başçısı 2009-cu ilin iyun ayında “Könüllü fəaliyyət haqqında” Qanunu imzaladı və bununla da könüllü - öz istəyi əsasında əvəzi ödənilməyən ictimai-faydalı fəaliyyətlə məşğul olmaq istəyən gəncləri özündə cəmləşdirən, dövlət büdcəsindən maliyyələşən cəmiyyət və təşkilatlar yaradıldı.

2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradıldı. Bu hərəkat minlərlə gəncin ilkin iş təcrübəsi toplamasına, öz peşəsinin incəliklərini öyrənməsinə, ən əsası isə özünü tanımağa geniş imkan verdi. Hazırda bir çox dövlət qurumlarında könüllülər təşkilatları yaradılmaqdadır.

Ölkəmizdə könüllülük fəaliyyətinin təbliği məqsədi ilə dövlətimiz tərəfindən bütün zəruri addımlar atılıb, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. Əksər hallarda könüllük fəaliyyəti hər bir şəxsin uğurlu fəaliyyətinin başlanğıcı, həyatında səmərəli dönüş nöqtəsi olur.

Könüllü gənclər kreativ təşəbbüskarlıqları, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verib, ölkəmizdə “Avroviziya” mahnı müsabiqəsi, I Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları, AFFA-nın könüllülük proqramı kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar. Qazanılmış uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində yuxarıda qeyd edilən mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyəti yüksək və peşəkar səviyyədə təşkil edildi.

Son illərdə “ASAN”, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri, “Dost” könüllüləri və digər könüllü hərəkatları yaranaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gəncin birləşdiyi könüllü qrupları ölkəmizin inkişafı üçün öz töhfələrini verirlər.

Ölkə başçısının müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi bu hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədlərini də özündə ehtiva edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb