KOREYA-AZƏRBAYCAN İŞGÜZAR GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə Koreya Respublikası və Azərbaycan şirkətləri arasında işgüzar görüş keçirilmişdir.
Danışıqlar elektronika və elektron avadanlıq, tibbi avadanlıq və ləvazimatlar, plastik pəncərə çərçivələri istehsalı sahələrini əhatə etmişdir.
Tədbirdə Koreyanın “LG Chemicals”, “Intraros”, “KorAuto”, “Samsung”, “Seyong Global”, “DS KOR Machines” və “TKR”, Azərbaycan tərəfdən isə “Agrointer”, “Avtomotors”, “KIA Motors”, “Titan Group”, “Gazelli”, “Azərtuneltikinti”, “Billur Elektronics”, “GID”, “BiOil”, “Unimed” və digər şirkətlərin nümayəndələri iştirak etmişlər.
Görüşdə maşınların, qablaşdırma ləvazimatının, tomoqrafiya aparatlarının və ortopedik aksessuarların Koreyadan Azərbaycana idxalı, eləcə də ölkəmizdən müalicəvi vulkan palçığının ixracı məsələləri müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]