Koreya Respublikasında daha bir taksi sürücüsü intihara cəhd edib
Bakı, 11 fevral, AZƏRTAC
Koreya Respublikasının paytaxtında taksi sürücüsü mobil tətbiqetmələr vasitəsilə minik avtomobillərinin sərnişindaşıma xidmətləri göstərməsinə etiraz olaraq intihara cəhd edib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, 62 yaşlı Kim adlı sürücü ölkə parlamentinin binasının önündə idarə etdiyi taksinin içərisində özünü yandırmaq istəyib. Hüquq-mühafizə orqanları əməkdaşlarının səyi ilə yanğın qısa zamanda söndürülüb. Sürücü xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, bu, ənənəvi taksi sürücülərinin alternativ sərnişindaşıma xidmətləri göstərməyi planlaşdıran “Kakao” şirkətinə qarşı növbəti etirazıdır. Onlar “Kakao”nun sərnişindaşıma bazarında azad və vicdanlı rəqabət prinsiplərini ciddi şəkildə pozacağını düşünürlər. Bundan əvvəl Koreya Respublikasında bir neçə taksi sürücüsü intihara cəhd edib.
Qeyd edək ki, dünyanın bir çox şəhərlərində ənənəvi taksi şirkətləri qanunvericilikdəki boşluqlardan istifadə edən və taksi lisenziyası olmayan sürücüləri taksi xidmətinə cəlb edən alternativ sərnişin daşıma şirkətlərinin fəaliyyətini əngəlləmək üçün bütün mümkün qanuni vasitələrə əl atırlar. Gedişhaqqını öncədən razılaşdırılmış məbləğlə təklif edən alternativ sərnişindaşıma xidmətləri taksi şirkətlərinə böyük zərbə vurur. Qanunla tənzimlənmiş taksometr tarifləri ilə xidmət göstərən taksi şirkətləri gedişhaqqını sərbəst şəkildə müəyyən edən onlayn xidmətə qarşı rəqabət aparmaqda çətinlik çəkirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]