Koreyalı tədqiqatçı: Azərbaycan Avrasiya regionunda sülhün qurulmasında böyük rol oynayır
Seul, 21 may, AZƏRTAC
Azərbaycan Cənubi Qafqazda, hətta daha geniş coğrafiyada, ümumilikdə Avrasiya regionunda sülhün qurulmasında böyük rol oynayır.
Bu fikri Cənubi koreyalı tarixçi alim Lim Myeonq-Muk AZƏRTAC-a müxbirinə açıqlamasında deyib. Azərbaycan tarixi ilə bağlı araşdırmalar aparan koreyalı alim ölkəmizin Şərq ilə Qərb sivilizasiyalarını birləşdirən məkan olduğunu deyib.
“Mən bir tədqiqatçı kimi Mirzə Fətəli Axundzadədən bəri Azərbaycanın Şərqlə Qərbi birləşdirən mühüm rolu haqqında araşdırma aparmışam. Azərbaycan Cənubi Qafqazda, hətta daha geniş coğrafiyada, ümumilikdə Avrasiya regionunda sülhün qurulmasında böyük rol oynayır. Cənubi Koreyanın Azərbaycan kimi Şərq və Qərb sivilizasiyalarını birləşdirən oxşar tarixi var. Düşünürəm ki, xalqlarımız dünyanı daha balanslı və firavan etmək üçün daha böyük dostluq quracaq”, - deyə Lim Myeonq Muk bildirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]