Kraliça II Elizabet həkimlərin məsləhəti ilə daha iki həftə istirahət edəcək
London, 30 oktyabr , AZƏRTAC
Kraliça II Elizabetin həkimlərin məsləhəti ilə daha iki həftə istirahət edəcəyi və bu müddət ərzində rəsmi səfərlər həyata keçirməyəcəyi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Bukingem Sarayından verilən açıqlamada 95 yaşlı Kraliça Elizabetin bu müddət ərzində bəzi vəzifələri, o cümlədən onlayn danışıqları icra edə biləcəyi qeyd olunub.
Vurğulanıb ki, Kraliça Birinci Dünya müharibəsində həyatını itirən Britaniya əsgərlərinin xatirəsinin anım mərasimində (14 noyabr) iştirak etmək niyyətindədir.
Həmçinin Kraliça Qlazqoda keçiriləcək İqlim Dəyişikliyi Sammitində də iştirak etməyəcək. II Elizabet sammit iştirakçılarına videomüraciət ünvanlayacaq.
Həkimlərin dincəlməklə bağlı tövsiyəsindən sonra Kraliça Şimali İrlandiyaya səfərini də ləğv edib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:56]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]