CƏMİYYƏT
“Kristal CF” istehlakçıları çaşdırır
Bakı, 1 avqust (AZƏRTAC). İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Nizami rayonunda fəaliyyət göstərən “Kristal CF” MMC-nin qanunsuz pivə istehsal etdiyi müəyyən olunub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, yoxlama zamanı pivə qablarının üzərində məlumatların yalnız xarici dildə yazıldığı aşkar edilib. Müəssisə pivəni Çexiya istehsalı olan açıq rəngli arpa səmənisindən hazırlamadığı halda, etiketdə bu barədə istehlakçılara yanlış məlumat verildiyi də müəyyənləşdirilib.
Yol verilən qanun pozuntusuna və istehlakçıları çaşdırdığına görə “Kristal CF” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]