Kriştianu Ronaldu “Real”ın tarixində ən yaxşı bombardirdir
Bakı, 1 oktyabr, AZƏRTAC
İspaniyanın “Real” futbol klubu Çempionlar Liqasının 2-ci turunda “Malmö” klubu ilə oyunda dubla imza atan portuqaliyalı hücumçu Kriştianu Ronaldunu klub tarixində ən yaxşı bombardir hesab edib. Bu barədə “Kral klubu”nun mətbuat xidməti məlumat yayıb.
AZƏRTAC RİA novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Madrid klubunun statistikasına əsasən, 30 yaşlı portuqaliyalının hesabında 324 qol var. O, “Real”ın keçmiş hücumçusu, hesabında 323 qol olan Raulu bir qol qabaqlayıb. Klub rekordunun müəyyən edilməsi üçün portuqaliyalıya 308 oyun, Raula isə 741 oyun lazım gəlib.
Ronaldu “Malmö” ilə oyundan sonra Raulun ona zəng edərək yeni rekord münasibəti ilə təbrik etdiyini bildirib.
“Malmö” klubunun qapısından keçirdiyi ilk qol Ronaldunun karyerasında 500-cü olub (753 oyunda). O, eyni zamanda vurulmuş qolların sayına görə Çempionlar Liqasının rekordunu da yeniləyib. İndi portuqaliyalının hesabında turnirin final mərhələsində keçirdiyi 116 qarşılaşmada 82 qol var. Bu göstəriciyə görə Ronaldu 97 oyunda 77 qol vuran İspaniyanın “Barselona” klubunun forvardı Leonel Messini də üstələyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [20:45]
PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
- 17.10.2026 [19:32]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
- 17.10.2026 [12:21]
Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb
- 17.10.2026 [10:30]
Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]