MƏDƏNİYYƏT
Kukla Teatrı uşaqları “Qırmızı papaq” tamaşası ilə sevindirəcək
Bakı, 9 yanvar, AZƏRTAC
Yanvarın 13-də Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində balacalar üçün “Qırmızı papaq” tamaşası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, Şarl Perronun nağılının motivləri əsasında hazırlanan əsərə rejissor Qurban Məsimov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.
Rejissor əsərə tam fərqli prizmadan baxmağa çalışıb. Bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir. Belə ki, tamaşada mahnıları Xalq artistləri Flora Kərimova, Gülyaz Məmmədova, Tünzalə Ağayeva, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, müğənnilər Samirə Əfəndiyeva, Ceyhun Zeynalov, İlham Nəzərov ifa edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.05.2024 [15:40]
Film layihələri müsabiqəsində qalib gələn filmləri tələbələr çəkəcək
- 29.05.2024 [15:30]
“Kapitan və Xəzər dənizi” sənədli-animasiya filmi maliyyələşdirilir
- 29.05.2024 [15:23]
Milli Kitabxanada növbəti treninq təşkil olunub
- 29.05.2024 [14:41]
“Aşıq dastanları” kitabı işıq üzü görüb
- 29.05.2024 [14:39]
Dövlət Gənc Tamaşaçılar Teatrında hesabat konserti - Sülh göyərçinləri
- 29.05.2024 [12:55]
Şuşa Teatrı iyun ayı üçün maraqlı repertuar tərtib edib
- 29.05.2024 [10:48]