Kürdəmir Regional Mədəniyyət İdarəsinin videokonfransında onlayn konsert və virtual sərgilərin təşkili müzakirə edilib
Bakı, 14 aprel, AZƏRTAC
Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar mədəniyyət idarələrin tabeliyində olan müəssisələrin fəaliyyəti əsasən internetin geniş imkanlarından istifadə edilməklə aparılır.
AZƏRTAC xəbər verir ki, aprelin 14-də Kürdəmir Regional Mədəniyyət İdarəsində keçirilən videokonfransda idarənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən kitabxana və klub tipli müəssisələrin rəhbərləri iştirak ediblər.
Videokonfransda idarə rəisi Elman Məmmədov qarşıya qoyulan vəzifə və tapşırıqların icrası sahəsində aparılan işlərdən, kitabxanalarda virtual müsabiqələrin və elektron kitabxanaların təşkil olunmasının zəruriliyindən danışıb. Klub tipli müəssisələrin onlayn konsertinin, dərnək üzvlərinin virtual sərgilərinin təşkili ilə əlaqədar tövsiyə və tapşırıqlar verilib.
Videokonfransda, həmçinin yaşı 65-dən yuxarı olan mədəniyyət işçilərinə qayğı göstərilməsinin vacibliyindən bəhs olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:55]
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”
- 13.10.2026 [11:29]
Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
- 13.10.2026 [11:26]
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur
- 13.10.2026 [11:12]
Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq
- 13.10.2026 [09:05]