Kürdəmirdə avtomobil körpüdən aşıb
Kürdəmir, 12 avqust, AZƏRTAC
Kürdəmirdə avtomobil qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə avqustun 12-də axşamüstü Kürdəmirin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, sürücü Eldəniz Ramiz oğlu Hüseynov yolda dönmə əməliyyatı edərkən idarə etdiyi “VAZ 2107” markalı avtomobil eyni istiqamətdə hərəkət edən rayon sakini Nicat Rafiq oğlu Əhmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşub. Nəticədə “Hyundai” körpüdən aşıb, sürücüsü müxtəlif dərəcəli xəsarətlər alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.