Kürdəmirdə keçirilən seminarda gənclər sahibkarlıq mühiti ilə bağlı məlumatlandırılıblar
Kürdəmir, 28 noyabr, AZƏRTAC
Kürdəmirdə "Sahibkarlıq mühitinin inkişafında gənclərin rolu" mövzusunda seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kürdəmirdəki Heydər Əliyev Mərkəzində təşkil olunan seminarda 200 nəfərdən çox gənc iştirak edib.
Seminar çərçivəsində Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin İdarə Heyətinin sədri Emin Əliyev tərəfindən gənclərə "Sahibkarlıq fəaliyyətinə necə və haradan başlamaq olar?, "Uğurlu sahibkar olmaq üçün hansı prioritet addımları atmaq lazımdır?", "Gənc yaşlarda sahibkarlıq fəaliyyətinə başlamanın önəmi", "Sahibkar və gənclərin münasibətləri" mövzularında geniş məlumat verilib.
Seminarın sonunda xüsusi fəallıq nümayiş etdirən 7 nəfər gəncə sertifikat təqdim olunub.
Qeyd edək ki, seminar Gənclərin İnkişaf və Karyera Mərkəzinin Kürdəmir nümayəndəliyinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilib.