SİYASƏT
Kürdəmirdə Milli Dirçəliş Gününə həsr edilmiş konfrans keçirilmişdir
Kürdəmir, 16 noyabr (AZƏRTAC). Kürdəmirdə 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon Gənclər evində keçirilən konfransda idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyallılar, ağsaqqallar və gənclər iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, konfransda “Milli Dirçəliş-Qurtuluş yolunun başlanğıcı” mövzusunda məruzə dinlənilmiş, müzakirələr aparılmışdır.
Qeyd edilmişdir ki, ötən əsrin 80-ci illərinin axırlarında Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü, o dövrkü SSRİ rəhbəri Mixail Qorbaçovun bu məsələyə biganə münasibəti, Moskvanın apardığı antiazərbaycan siyasəti xalqımız tərəfindən kütləvi narazılıqlarla qarşılanırdı.
Belə bir şəraitdə səbir kasası dolub-daşan xalq 1988-ci il noyabrın 17-də sovet rejiminin repressiya maşınının yaratdığı gərgin vəziyyətdən çəkindirən Azadlıq meydanında etiraz aksiyasına başladı. Həmin gün başlanan milli azadlıq hərəkatının 1991-ci ilin oktyabrında Azərbaycanın yenidən öz dövlət müstəqilliyini əldə etməsi ilə nəticələnsə də, ölkədəki ağır vəziyyət 1993-cü ilin iyununda ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı gününədək davam etdi.
Konfrans iştirakçıları ulu öndərin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın düşdüyü ağır vəziyyətdən çıxmasından ətraflı bəhs etmişlər. Bildirilmişdir ki, bu gün Azərbaycan ulu öndərimizin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən surətlə inkişaf edən ölkələri sırasına çıxmışdır.