“Araz-Naxçıvan”ın baş məşqçisi: “Qarabağ”ı yaxşı mübarizəyə görə təbrik edirəm
Bakı, 26 may, AZƏRTAC
"Düşünürəm ki, oyun hər iki komanda üçün maraqlı alındı. "Qarabağ"ı da yaxşı mübarizəyə görə təbrik edirəm".
AZƏRTAC xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan" klubunun baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının sonuncu - XXXVI turunda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
O, komandadan ayrılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib: "Rəhbərliklə gələcəklə bağlı danışıqlarımız olacaq. Ümid edirəm ki, komandanın xeyrinə qərar veriləcək".
Mütəxəssis mövsümü sonuncu pillədə başa vuran "Qəbələ"nin Premyer Liqanı tərk etməsinə də münasibət bildirib: "Bunu biləndə çox təəssüfləndim. Oyunçuların getməsinə daha da məyus oldum. "Qəbələ" köklü klubdur. İnanıram ki, komanda qısa zamanda toparlanacaq".
Qeyd edək ki, "Qarabağ" 11-ci çempionluqla 2023-2024-cü illər mövsümünü birinci pillədə başa vurub. "Araz-Naxçıvan" isə səkkizinci sırada yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]