CƏMİYYƏT
Əfv Sərəncamının icrası Probasiya Xidmətində də təmin edilib
![](/files/galleryphoto/2024/2/1200x630/17167481191455222476_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1716748119159713017_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17167481193455922842_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17167481191894538828_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17167481191997916697_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17167481196492959407_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1716748119268325596_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17167481195907812026_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17167481193511447339_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17167481193867949172_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17167481192064746969_1200x630.jpg)
Bakı, 26 may, AZƏRTAC
Prezident İlham Əliyevin ötən gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı Probasiya Xidmətində də qısa müddətdə icra edilməklə başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, cəzadan azad olunması və cəzasının çəkilməmiş hissəsinin yarıyadək azaldılması nəzərdə tutulan 38 məhkum müvafiq yerli probasiya qurumlarına dəvət olunaraq onlara təntənəli şəkildə dövlət başçısı tərəfindən əfv olunduqları elan edilib, Sərəncamın humanist mahiyyəti və əhəmiyyəti nəzərlərinə çatdırılıb.
Sərəncama əsasən cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər, islah işləri cəzasına məhkum edilmiş 2 nəfər, cərimə cəzasına məhkum edilmiş 4 nəfər cəzadan azad olunub, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 nəfərin cəzasının çəkilməmiş hissəsi isə yarıyadək azaldılıb.
Qeyd edək ki, əfv tətbiq edilmiş 38 məhkumdan 7-i qadın, 3-ü müharibə iştirakçısı (o cümlədən 2 nəfər Vətən müharibəsi iştirakçısı) olmuş şəxslərdir. Cərimə cəzasına məhkum edilmiş 4 nəfər isə ümumilikdə 8140 manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsindən azad ediliblər.