REGİONLAR
Kürdəmirdə şəkər çuğundurunun yığımı başa çatıb
Kürdəmir, 11 noyabr, AZƏRTAC
Kürdəmir rayonunda şəkər çuğundurunun yığımı yekunlaşıb və 3043 ton məhsul istehsal olunub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəkər çuğunduru cari mövsümdə Kürdəmirin Cəyli kənd icra nümayəndəliyində 72 hektar sahədə yetişdirilmişdi. Yüksək aqrotexniki qulluq, müasir suvarma üsulu bol məhsul yetişdirməyə imkan verib. Hər hektardan 42 tondan çox məhsul götürülüb. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilib.
Qeyd edək ki, bu gün respublikamızda şəkər çuğunduru istehsalı kənd təsərrüfatında vacib sahələrdən hesab olunur. Şəkər çuğundurunun yekun emal məhsulu şəkərlə yanaşı, həm də qiymətli yem olan silos və melos mənbəyidir. Gələn ildən təsərrüfatın bu sahəsinə maraq göstərənlərin sayının artacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]