Küveyt Dövlətinin Vəliəhdi Şahzadə şeyx Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabaha
Əlahəzrət,
Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Küveyt xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 fevral 2013-cü il.