Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçında bir “Əyyub” postu var...

Bakı, 1 dekabr, AZƏRTAC

Laçında bir “Əyyub” postu var. Həmin post Vətən müharibəsində şəhid olan 19 yaşlı cəsur əsgərin adını daşıyır. O, müharibənin sonlarına yaxın, Laçının azad edilməsinə bir ay qalmış şəhadətə yüksəlib.

AZƏRTAC xəbər verir ki, Süleymanov Əyyub Rasim oğlu 2001-ci il aprelin 9-da İmişli rayonunda anadan olub. Əslən Cəbrayıl rayonunun Qumlaq kəndindəndir. 2015-ci ildə Biləsuvar rayonu İsgəndər Tahirov adına Mehdili kənd tam orta məktəbinin 9-cu sinfini bitirib. 2016-2018-ci illərdə Cəbrayıl rayonu 131 nömrəli Texniki Peşə məktəbində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru ixtisasına yiyələnib. 2019-cu ilin aprelində müddətli həqiqi hərbi xidmətə yollanan Əyyub Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Hərbi xidmətini bitirməyə sayılı günlər qalmış ərazi bütövlüyümüzün bərpası uğrunda haqq savaşımız başladı. Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd rayonunun Hadrut qəsəbəsi, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 1-də Laçın uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. Noyabrın 4-də Biləsuvar rayonu 3 saylı qəsəbədə salınan Şəhidlər xiyabanında dəfn olunub. Əyyub Süleymanov Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Şəhidin bacısı Gülnurə Qarazadə bildirib ki, qardaşının yeganə arzusu hərbçi olmaq idi. O, doğma torpağı Cəbrayılın düşməndən azad edilməsi uğrunda döyüşləri səbirsizliklə gözləyirmiş: "Əyyub hərbi xidmətdən sonra yenidən bu sahədə fəaliyyətini davam etdirmək istəyirdi. Cəbrayılı görməmişdi. Tez-tez evdə bu barədə valideynlərimə sual verirdi. Deyirdi müharibə olsa, Cəbrayılda mən də döyüşəcəyəm. Hərbi paltarda, əlimdə silah daxil olacağam torpağıma. Doğum günündən üç gün sonra hərbi xidmətə yola düşdü. Onu son dəfə ötən ilin yanvarında məzuniyyətə gələndə gördük. Pandemiya səbəbindən sərt karantin rejimi tətbiq edildiyindən həmin vaxtdan sonra görüşə bilmədik. Hərbi xidməti bitirməyinə bir neçə gün qalmışdı ki, Vətən müharibəsi başlandı. Əyyub sentyabrın 28-dən döyüşlərə yollanıb. Müharibə dövründə ilk dəfə oktyabrın 6-da zəng vursa da, döyüşlərdə olduğunu gizlətmişdi. Sadəcə bizə şad xəbər verdi ki, bəs Cəbrayıl alınıb, torpaqlarımız düşməndən təmizlənir. Oktyabrın 15-də isə zəng edəndə dedi "014"-dəyəm. Əvvəl heç nə başa düşmədim. Gülərək dedi, Cəbrayılda, doğma torpağımızdayam. Bəs bilmirsən 014 Cəbrayılın avtomobil nömrəsidir? Elə sevinirdi ki. Deyirdi, Qələbə ilə dönəcəyik. Birdən şəhid olaraq geriyə dönsəm, ağlamayın, mənimlə fəxr edin. Neçə ildir ki, mən bu günləri gözləyirdim. Bu torpağın bir sakini kimi döyüşmək borcumdur. Son dəfə atamızla oktyabrın 30-da əlaqə saxlayıb. Hər şeyin yaxşı olduğunu bildirib, narahat olmamağı tapşırıb. Lakin sanki bizi şəhid olacağına hazırlayırmış kimi danışıb. Deyib, "sonacan gedəcək, son damla qanıma kimi döyüşəcəyəm. Gözlərimizin qarşısında çox yoldaşımız, silahdaşımız şəhid olub. Onların da qisasını almaq bizim borcumuzdur. Cəbrayılı görmək nəsibim oldu. Arzuma çatdım. Mənə nəsə olsa, nəbadə kədərlənəsiz. Başınızı həmişə uca tutun". Bu danışığın sabahı günü Əyyub Laçının Güləbird kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Qardaşım xalqına, dövlətinə, torpağına, bayrağına sadiq oğul idi. O mənim yalnız qardaşım deyildi, həm də dostum, sirdaşım idi. Onunla həmişə qürur duymuşam. İndi ikiqat fəxr edirəm. Qumlaq kəndi oktyabrın 19-da düşmən tapdağından xilas edilib. Bircə ona sevinirəm ki, nə yaxşı Qumlaq kəndi azad edildi. Qardaşımın ürəyi rahat oldu ən azından. Doğma Cəbrayılımıza başıuca, fəxarət hissi ilə qayıdacağıq. Bilirəm ki, biz öz yurdumuza ayaq basdıqca qardaşımın ruhu şad olacaq".

Şəhidin bacısının həyat yoldaşı Elvin Qarazadə də onun haqqında ürəkdolusu danışır. Qohumu onun haqqında belə deyir: "Əyyub çox mədəni, böyük-kiçik yeri bilən, hər kəsə hörmətlə yanaşan, eyni zamanda, mərd bir oğul idi. Yaşı az olsa da, çox cəsarətli idi. Mən özüm də Cəbrayıl rayonundanam. Döyüşlərə yollanmaq üçün müraciət etsəm də, təəssüf ki, aparmadılar. Amma Əyyub hamımızın adına döyüşdü. 19 yaşı olmasına baxmayaraq, elə bir iz qoyub getdi ki... Onunla bir döyüşdə olanlar, birgə hərbi xidmət keçənlər çox razılıq edirlər. Manqa komandiri, döyüş yoldaşları Əyyub haqqında o qədər danışırlar, onun qəhrəmanlıqları sadalanmaqla bitmir. Müharibə başlayan kimi könüllü olaraq cəbhəyə yollananlar arasında olub. Döyüş yoldaşları deyirlər ki, heç nədən qorxmurdu. Deyib-gülür, silahdaşlarına ruh yüksəkliyi verir, heç zaman əhvalını pozmurmuş, hər bir tapşırığı qorxusuz və istənilən səviyyədə icra edirmiş. Cəbrayıla ayaq basanda Əyyubun simasından təbəssüm əskik olmayıb. O qədər sevinirmiş ki, Cəbrayılda bir neçə vacib postun alınmasında iştirak edib. Çox fəal və cəsur döyüşçü imiş. Əyyub yorulmaq bilmirmiş, nə düşmən gülləsi, nə də 19 yaşında gördüyü müharibə dəhşətləri onu bir an olsun yolundan döndərməyib. Məqsədi sonacan döyüşmək imiş. Deyirmiş sağ qalsam, hərbiyə qayıdıb təyinatımı azad edilən torpaqlara - xüsusilə Cəbrayıla alacağam. O, bir dəfə Qubadlıda yaralansa da, döyüşlərə davam edib. Qubadlıdan sonra növbəti tapşırıqları Laçın istiqamətində olub. Silahdaşları ilə birgə 110 kilometr məsafəni piyada gedərək Laçına çatıblar. Orada da qızğın döyüşlər gedib. Əyyub Laçın istiqamətində döyüşlərdə də fəallıq nümayiş etdirib. Bir neçə postun alınması zamanı göstərdiyi şücaətə görə seçilənlər arasında olub. Təəssüf ki, noyabrın 1-də Laçının Güləbird kəndində düşmənin artilleriya atəşinə məruz qalıblar. Təxminən 40 dəqiqə davam edən qızğın döyüş zamanı Əyyub və bir neçə döyüş yoldaşı şəhadətə yüksəlib. Laçındakı postların birinə "Əyyub" postu deyirlər. Laçın rayonu Əyyubun şəhadətindən tam bir ay sonra azad edildi. Əyyub Şuşaya da getmək, orada da döyüşmək istəyirdi, təəssüf ki, qismət olmadı. Yeganə təsəllimiz əzəli və əbədi torpaqlarımızın, doğma Cəbrayılımızın, Əyyubun döyüşdüyü digər torpaqların, şəhid olduğu Laçının azad edilməsidir. Ümid edirəm ki, Əyyubun xatirəsini Cəbrayılımızda da əbədiləşdirmək qismətimiz olar. Biz hər zaman onu mərd-mərdanə, cəsur, qorxmaz bir insan kimi xatırlayacağıq. Onun kimi bir igidin yaxın qohumu olduğuma görə qürur duyuram".

Bu gün - dekabrın 1-i Laçının əsarətdən xilas edilməsindən bir il ötür. Bir ildir ki, Laçın rayonu uğrunda döyüşlərdə şəhid olan hərbi qulluqçuların ruhları şaddır. Çünki qanları, canları ilə yazdıqları şanlı tarixin nəticəsini azad torpaqların səmasından seyr edirlər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nabran yolu nə vaxt açılacaq?

“Politico”: Ursula Fon der Lyayenin üçüncü müddətə namizəd olmayacaq

Baş direktor: İİB ölkələrinin qarşısında duran əsas problemlərdən biri orta gəlir məsələsidir

Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib

Naxçıvanda vergi ödəyicilərinin sayı 7,2 faiz artıb

BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb

“Araz-Naxçıvan” daha bir futbolçusu ilə müqaviləni yeniləyib

Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

Azərbaycan regional lider kimi böyük məsuliyyət daşıyan strateji kurs seçib - ŞƏRH

MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək

AMB sədri: İslam maliyyəsi spekulyasiya və borc köpüklərindən uzaq durmaqla dayanıqlı inkişafı təşviq edir

Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb

MN: Pirəkəşküldə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

Taleh Kazımov: Azərbaycanda sukuk alətlərinin tətbiqi üçün İslam İnkişafı Bankı ilə birgə layihə həyata keçiririk

Azərbaycan nefti 82 dollara satılır

Mərkəzi Bank: İslam maliyyəsi risk platforması əsasında çox gözəl alətlər təqdim edir

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Bu gün Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür

Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Çin xarici ticarət təzyiqinə boyun əyməyəcəyini bəyan edib

Dünya çempionatı: Messinin het-triki Argentinaya Əlcəzair üzərində qələbə qazandırıb

İsveçdə uşaqlar üçün məcburi dil hazırlığı planlaşdırılır

G7 liderləri Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi barədə razılığa gəliblər

Zelenskinin ABŞ Prezidenti ilə görüşəcəyi gözlənilir

Dünya çempionatı: Norveç qələbə qazanıb

Avropa Parlamenti aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydaları dəstəkləyib

Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək