Laçında çimərlik istifadəyə veriləcək FOTO VİDEO
Laçın, 8 may, AZƏRTAC
Laçın şəhərində tikinti-quruculuq işləri sürətlə davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin giriş hissəsindən körpünün sol istiqamətində Həkəri çayında göl yaradılıb.
Gölün ətrafında abadlıq işləri görülür, müxtəlif işıqlandırma, istirahət zonaları qurulur. Burada çimərlik də fəaliyyət göstərəcək. İnsanların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub.