Laçında “Əmir Teymur” filmi nümayiş olunub
Laçın, 26 avqust, AZƏRTAC
Laçın Beynəlxalq Film Festivalında Özbəkistanda istehsal olunan və Azərbaycan dilinə tərcümə edilən “Əmir Teymur” filmi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, bu, ekran işinin Qarabağda və Şərqi Zəngəzurda ilk nümayişidir.
Ekran əsərinin prodüseri Eldar Yuldaşevdir.
Müxbir - Fidan Əlizadə